Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb - YENİLƏNİB 2

Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb - YENİLƏNİB 2
16.11.2023 13:06
Aa
dəq

Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

***

Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Araşdırma aparılır.

***

Bakıda tanınmış alim yol qəzasında həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, professor Arif Acalov yol qəzasında həlkak olub.

Hadisə Bakı Olimpiya Stadionun yaxınlığında qeydə alınıb.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu