Əsas məzmuna keç

Türkiyədə səsvermədə 3 seçici ürəktutmadan vəfat edib

Türkiyədə səsvermədə 3 seçici ürəktutmadan vəfat edib

Türkiyədə 3 seçici seçki məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib. "Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, hadisələrdən biri...

Türkiyədə 3 seçici məntəqəsində səs verən zaman ürəktutmadan vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, hadisələrdən biri ölkənin Rize şəhərində qeydə alınıb.

64 yaşlı Şeref Kurt səs verməyə gəlib. Seçki məntəqəsinin önündə onun qəfildən pisləşib. O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Ş.Kurtun həyatını xilas etmək mümkün olmayıb.

Trabzonda səs verən 74 yaşlı Aysel Ulusoyun da səhhəti gözlənilmədən pisləşib. O,da aparıldığı klinikada dünyasını dəyişib.

Oxşar hadisə Giresunda da baş verib. Belə ki, 85 yaşlı İsmail Yıldızın halı qəfildən pisləşib. Hadisə yerinə gələn təcili təbii yardım xidmətinin əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu gün Türkiyədə və parlament seçkiləri keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…