Əsas məzmuna keç

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - 17.08.2025

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - 17.08.2025

yanğın tatixi Gelibolu yarımadasının Tayfur və Cumalı kəndləri arasında dünən axşam saatlarında başlayaraq bölgədə əsən küləyin təsiri ilə Eceabat...

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu və , Sinopun isə Gerze rayonunda baş verən yanğınlarına müdaxilə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanğın tatixi Gelibolu yarımadasının Tayfur və Cumalı kəndləri arasında dünən axşam saatlarında başlayaraq bölgədə əsən küləyin təsiri ilə Eceabat rayonundakı meşə sahələrinə yayılıb.

Çanaqqala valisi Ömər Toraman “Next Sosial” hesabında verdiyi açıqlamada ehtiyat tədbiri olaraq bölgədən 251 vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Yanğınlar səbəbilə Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb. Gelibolunun beş kəndi təxliyə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…