IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir - YENİLƏNİB - 2

IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir - YENİLƏNİB - 2
11.04.2025 17:30
Aa
dəq

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

***

Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılış mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.

4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

Həftənin ən çox oxunanları