Türkiyənin şərqindəki Elazığ rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:25-də qeydə alınıb.
Zəlzələ nəticəsində tələfat və dağıntı olmayıb.