Əsas məzmuna keç

Türkiyədə güclü yağış: küçələri su basıb

Türkiyədə güclü yağış: küçələri su basıb

Kocaeli vilayətində yağan güclü yağış xüsusilə Başiskele rayonunda həyatı çətinləşdirib. Bəzi ev və iş yerlərini su basıb, yollarda hərəkət çətinləşib.

en ru

Türkiyənin Kocaeli vilayətində aramsız yağan kütləvi leysan yağışları xüsusilə Başiskele rayonunda gündəlik həyatı və nəqliyyatın hərəkətini iflic edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rayon ərazisindəki çayların məcrasından çıxaraq daşması nəticəsində sahil zolağında, eləcə də və Seymen məhəllələrində çoxsaylı yaşayış evlərini və ticarət obyektlərini su basıb. Ərazidəki küçə və prospektlər su altında qalıb.

Təbii fəlakət nəticəsində strateji əhəmiyyətli D-130 magistralında iri su yığınları əmələ gəlib, bu da vasitələrinin təhlükəsiz hərəkətini ciddi şəkildə məhdudlaşdırıb.

Güclü yağışların təsirinə məruz qalan Gebze və Dilovası rayonlarının da bir sıras küçə və prospektlərində subasmalar və analoji fəsadlar qeydə alınıb. Hadisə yerlərinə bələdiyyə və mülki müdafiə qüvvələrinin xüsusi texnikaları cəlb olunaraq suyun təxliyəsi işləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…