Türkiyədə əcnəbilərdən barmaq izinin alınması layihəsinə münasibət bildiriblər

Türkiyədə əcnəbilərdən barmaq izinin alınması layihəsinə münasibət bildiriblər
26.08.2024 12:56
Aa
dəq

Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) xarici vətəndaşlardan barmaq izinin alınması layihəsinin başlamasının rusiyalı turistlər üçün problem yaratmayacağını gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə müsahibəsində assosiasiyanın prezidenti Firuz Bağlıkaya bildirib.

TÜRSAB bir neçə il ərzində elektron inteqrasiya prosesləri tamamlandıqdan sonra fəaliyyətə başlayacaq sistemin xaricilərin Türkiyəyə sərhədlərdən girməsi çox vaxt aparmayacaq şəkildə həyata keçirilməsini gözləyir. Bağlıkaya qeyd edib ki, bu çərçivədə Rusiyadan gələn turistlərin narahat olmasına ehtiyac yoxdur.

“Sabah” qəzeti avqustun 14-də Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya istinadən yazıb ki, Türkiyə ölkəyə daxil olan vətəndaşların barmaq izlərinin götürülməsinə imkan verəcək layihə təşkil etməyə hazırlaşır.

Həftənin ən çox oxunanları

ABŞ Gürcüstan rəsmilərinə demokratiyanı sarsıtdıqlarına görə sanksiyalar tətbiq edir

ABŞ Gürcüstan rəsmilərinə demokratiyanı sarsıtdıqlarına görə sanksiyalar tətbiq edir
DAVAMIN OXU davamın oxu

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
DAVAMIN OXU davamın oxu

İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır

İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
DAVAMIN OXU davamın oxu

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır

Paşinyan və Kobaxidze Tbilisidə danışıqlar aparır
DAVAMIN OXU davamın oxu

Türkiyə ordusu İraqın şimalında 6 terrorçu öldürüb

Türkiyə ordusu İraqın şimalında 6 terrorçu öldürüb
DAVAMIN OXU davamın oxu