Operativ Məlumat Mərkəzi

Türkiyədə avtobus qəzaya uğrayıb

1 dəq
Paylaş:
Türkiyədə avtobus qəzaya uğrayıb

Türkiyədə ağır yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Haber Global”a istinadən məlumatına görə, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər