Türkiyənin Malatya şəhərindəki ağır yol qəzasında yaralananların sayı 26-ya çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, avtobusda ümumilikdə 36 nəfər olub.
***
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə Akçadağ rayonunda baş verib.
Onlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbi məlum deyil.