Türkiyənin Malatya vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, zəlzələnin episentri vilayətin Akçadağ rayonunda olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.