Əsas məzmuna keç

Rusiyada geyim bazarında yanğın lokallaşdırılıb - YENİLƏNİB 1

Rusiyada geyim bazarında yanğın lokallaşdırılıb - YENİLƏNİB 1

yanğın sahəsi 1500 kvadrat metrdən çoxdur. İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib. Yanğın baş...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rostovdakı Temernik bazarında baş verən yanğın təxminən dörd min metr ərazini əhatə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Federasiyasının vilayəti üzrə baş idarəsi məlumat yayıb.

"Bazarda yanğın lokallaşdırılıb", - qurumdan bildirib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi “Temernik” bazarında baş verən yanğın zamanı xəsarət alanların olmadığını bildirir.

Rostovda yanğınsöndürənlərə kömək üçün polis və xüsusi təyinatlılar (OMON) Temernik bazarına yeridilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Polis yanğınsöndürənlərin təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün cəlb olunub. Bundan əlavə, dəstələri yanğınsöndürənlərə əlavə qüvvə gəlməsi üçün şərait yaradacaq.

Yol polisi bazarın yaxınlığındakı küçələri bağlayıb.

Bazarın direktoru Şamil Karabaşev bildirib ki, pavilyonlarında yanğın sahəsi 3 min kvadrat metri ötüb.

Bazar direktorunun sözlərinə görə, bütün ticarət pavilyonlarında iki-üç yanğınsöndürən balon olub. Ticarət mərkəzlərinə dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.

Rusiyanın Rostov vilayətinin ən böyük geyim bazarı "Temernik" yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-ə istinadla xəbər verir ki, yanğın sahəsi 1500 kvadrat metrdən çoxdur. İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib.

Yanğın baş verən əraziyə Rusiya Qvardiyası cəlb olunacaq, çünki ticarətçilər yanğınsöndürənlərin işinə mane olurlar. Onlar mallarını xilas etməyə çalışırlar.

Yerli sakinlər bazarda “partlayış səsləri” eşitdiklərini bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…