Əsas məzmuna keç

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı rəsmi bəyanat yaydı

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı rəsmi bəyanat yaydı

Rəsmi Ankara 1992-ci ildə Qarabağda törədilən soyqırımı pisləyib. Xocalı qətliamının 34-cü ildönümündə 613 şəhidin xatirəsi anılıb. Türkiyənin bəyanatında nələr var?

en ru

Xarici İşlər Nazirliyi, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı rəsmi paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bu barədə "X" hesabında bəyanat yayıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.

Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, xalqına başsağlığımızı bir daha ifadə edirik", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…