Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir yerdədir - Cahit Bağçı

Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir yerdədir - Cahit Bağçı
01.03.2023 17:54
Aa
dəq

Sizlərin də yaxından izlədiyi kimi, 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi hərəkətə keçib. Biz bunu dəfələrlə ifadə etdik, bir daha demək istəyirəm: Azərbaycan zəlzələdən sonra Türkiyəyə çatan ilk ölkə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Səfir göstərilən yardımlara görə bir daha təşəkkürünü ifadə edib:

“Mən Cənab Prezident İlham Əliyevin təlimatları ilə hərəkətə keçən fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova və bütün bu prosesi çərçivəli formada yerinə yetirən nazir müavini cənab Etibar Mirzəyevə təşəkkürümü ifadə edirəm.

Ölkəmizə gələn ən böyük axtarış-xilasetmə qrupu qardaş Azərbaycandan olub. 22 gündür, zəlzələ bölgəsində gecə-gündüz dayanmadan, dincəlmədən axtarış-xilasetmə işləri həyata keçirilib. Çoxlu sayda vətəndaşımızı dağıntılar altından çıxarıblar, səhra xəstəxanalarında tibbi yardım göstəriblər”.

Səfir göndərilən humanitar yardımın çoxçeşidliliyinə diqqət çəkib.

“Azərbaycan ilk günlərdən axtarış-xilasetmə işləri ilə yanaşı, generator, çadır, isidici və digər bu kimi lazımi vasitələrini birinci, ikinci və sonrakı yardım təyyarələri ilə zəlzələ bölgəsinə göndərib. Bu proses sonrakı günlərdə də eynilə davam etdirilmişdir. Bütün bunlar bizim üçün çox önəmli məsələlər olub.

Zəlzələ bölgəsində canla-başla fəaliyyət göstərən bütün qardaşlarımıza bir daha hüzurunuzda minnətdarlığımı bildirirəm. Allah razı olsun. Biz bir daha tarixin fərqli dönəmlərində sevincdə və kədərdə bir olduğumuz kimi bu günlərdə də bir olduq. Necə ki Qarabağ zəfərində bir idik, yenə də bir ola bildik. Azərbaycan dövlət olaraq, xalq olaraq, şərqdən qərbə, şimaldan cənuba, 10 milyon millət olaraq Türkiyənin yanında oldu, Türkiyənin yaşadığı acıda ilk andan etibarən birlik nümayiş etdirdi. Bir daha yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirəm”, – o qeyd edib.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu