Əsas məzmuna keç

Türkiyə UEFA Millətlər Liqasında Fransa ilə qarşılaşacaq

Türkiyə UEFA Millətlər Liqasında Fransa ilə qarşılaşacaq

Türkiyə millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Fransanı qəbul edəcək. Kocaeli stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

en ru

A Milli Futbol Komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin açılış matçında Kocaeli stadionunda son Dünya Çempionatının dördlüyündə yer alan Fransa yığmasını qəbul edir. vaxtı ilə saat 22:45-də start götürəcək kəskin mübarizə “ATV” telekanalı vasitəsilə canlı yayımlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, matçın baş hakimi Almaniya Futbol Federasiyasından Feliks Tsveyer olacaq. Ona həmyerliləri Robert Kempter və Nikolay Kimmeyer kömək edəcəklər, dördüncü hakim funksiyasını isə Florian Badştübner yerinə yetirəcək.

Qrupun digər parallel oyununda İtaliya və Belçika yığmaları Romada üz-üzə gələcəklər. Türkiyə millisi qrupdakı ikinci qarşılaşmasını sentyabrın 28-də Bursada İtaliya komandasına qarşı keçirəcək.

Türkiyə seçməsində zədə problemi yaşanır: ayaq barmağındakı ağrı səbəbindən müalicə olunan yarımmüdafiəçi komandanın son məşqlərinə qatıla bilməyib və Fransa ilə oyunu buraxması gözlənilir.

2026-cı il Dünya Çempionatının yarımfinalında İspaniyaya, üçüncülük matçında isə İngiltərəyə məğlub olaraq turniri 4-cü pillədə başa vuran Fransa millisi böyük dəyişikliyə gedib. Didye Deşamla yollarını ayıran Fransa Futbol Federasiyası baş məşqçi postuna Zinəddin Zidanı gətirib. Əfsanəvi mütəxəssis Zidanın rəhbərliyi altında fransızlar ilk rəsmi oyununa Türkiyə qarşısında çıxır.

Komandaların rəsmi heyətləri

Türkiyə millisi (Baş məşqçi: Vinçentso Montella)

  • Qapıçılar: Altay Bayındır (“Selta Viqo”), Məhəmməd Şengözər (“RAMS Başakşehir”), Okan Kocuk, Uğurcan Çakır (“Qalatasaray”).
  • Müdafiəçilər: Abdülkərim Bardakçı, Eren Elmalı (“Qalatasaray”), Adil Dəmirbağ (“TÜMOSAN Konyaspor”), Emirhan Topçu (“Beşiktaş”), Ferdi Kadıoğlu (“Brayton”), Merih Demiral (“Əl-Əhli”), Ozan Kabak (“Hoffenhaym”), Samet Akaydın, Mustafa Eskihellaç (“Trabzonspor”), Zeki Çelik (“Yuventus”).
  • Yarımmüdafiəçilər: İsmail Yüksək, Bartuğ Elmaz (“Fənərbağça”), Dəmir Ege Tıknaz (“Braqa”), Melih Kabasakal (“Trabzonspor”), Orkun Kökçü, Salih Özcan (“Beşiktaş”).
  • Hücumçular: Aral Şimşir (“Trabzonspor”), Arda Gülər (“Real Madrid”), Barış Alper Yılmaz, Deniz Gül, Yunus Akgün (“Qalatasaray”), Can Uzun (“Ayntraxt Frankfurt”), İlhan Fakılı (“Beşiktaş”), İrfan Can Kahveçi, Kerem Aktürkoğlu, Oğuz Aydın (“Fənərbağça”).

Qapıçılar: Mayk Menyan (“Milan”), Giyom Rest (“Tuluza”), Robin Risser (“Lans”).

  • Müdafiəçilər: Endi Diuf (“İnter”), Ceremi Jake (“Liverpul”), Pyer Kalulu (“Yuventus”), İbrahima Konate (“Real Madrid”), Jül Kunde (“Barselona”), Maksans Lakrua (“Çelsi”), Adrien Trüffer (“Bornmut”), Dayo Upamekano (“Bayern Münhen”).

    Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real Madrid”), Rayan Şerki (“Mançester Siti”), Lukas Da Kunya (“Komo”), Manu Kone (“Roma”), Adrien Rabiot (“Milan”), Uorren Zair-Emeri (“PSJ”).

    Hücumçular: Bredli Barkola (“Liverpul”), Usman Dembele (“PSJ”), Dezire Due (“PSJ”), Esteban Lepo (“Renn”), Kilian Mbappe (“Real Madrid”), Maykl Olize (“Bayern Münhen”).

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…