Operativ Məlumat Mərkəzi

Türkiyə təhlükəsizlik qüvvələri 7 İsrail kəşfiyyatçısını ələ keçirib

2 dəq
Paylaş:
Türkiyə təhlükəsizlik qüvvələri 7 İsrail kəşfiyyatçısını ələ keçirib

Türkiyə polisi və kəşfiyyatçıları İstanbulda İsrailin Mossad kəşfiyyat xidmətində işləməkdə şübhəli bilinən 7 nəfəri saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya xüsusi əməliyyatın videosunu "X" sosial şəbəkəsində yayımlayaraq bildirib.

TRT televiziyası bildirib ki, saxlanılanlar arasında müntəzəm olaraq yerli televiziya kanallarının səhər verilişlərinə dəvət olunan keçmiş dövlət məmuru, özəl dedektiv Həmzə Turhan Ayberk də var.

Müstəntiqlərin fikrincə, o, pul müqabilində İsrail kəşfiyyatına məlumat verib. Bura Yaxın Şərqdən olan şəxslər və şirkətlərin Türkiyədəki fəaliyyəti ilə bağlı məlumatlar daxil idi.

O, onların bəzilərini xüsusi müşahidə avadanlığının köməyi ilə izləyib və məlumatları dərhal Mossad-a ötürüb.

Nəşrin məlumatına görə, Ayberk bu iş üçün 2019-cu ildə Belqradda təhsil alıb.

Onu da qeyd edək ki, Türkiyə əks-kəşfiyyatının ilin əvvəlində keçirdiyi əməliyyat nəticəsində Türkiyədə İsrail kəşfiyyatı Mossad-da işləməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər