Futbol üzrə Türkiyə Superliqasında XXVI tura yekun vurulub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.
Eyni saatda başlayan matçlarda “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edib.
İstanbul təmsilçilərindən biri uduzub, digəri isə qələbə qazanıb. “Başakşəhər” öz meydanında 2:3 hesabı ilə yenilib. “Beşiktaş” isə rəqibini 2 cavabsız qolla üstələyib.
Bu nəticələrdən sonra “Beşiktaş” 43 xalla 3-cü, “Başakşəhə”" 33 xalla 9-cu, “Kayserispor” 32 xalla 11-ci, “Konyaspor” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.