"Beynəlxalq idman tədbirində Azərbaycan bayrağına qarşı hücum qəbuledilməzdir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı tviterdə yazıb.
O, ötən gün Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandırılmasını qınayıb: "Son günlərdə Ermənistanın nümayiş etdirdiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı işgəncə də qəbuledilməzdir".