Türkiyə rəsmiləri Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də Türkiyəyə səfərini gözləyirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə qəzeti məlumat yayıb.
Qəzet Putinin səfəri ilə bağlı əlavə təfərrüat verməyib. Cümə günü Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və Şimali Koreyaya səfərlərinin dəqiq vaxtı hələ müəyyən edilməyib.
Rəisinin daha əvvəl iki dəfə təxirə salınan Türkiyə səfəri Türkiyə-İran əməkdaşlıq şurasının ən yüksək səviyyəli iclasına təsadüf edəcək. Görüşdən sonra 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Tərəflər həmçinin terrorla mübarizə və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.