Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti Macarıstanın Baş naziri ilə görüşüb

1 dəq
Paylaş:
Türkiyə Prezidenti Macarıstanın Baş naziri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Türkiyə liderinin rəsmi saytına istinadən xəbər verir.

Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana “HU TR-100” dövlət nömrə nişanlı TOGG elektrik avtomobili hədiyyə edib. Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Viktor Orbanın dəvəti ilə Macarıstana rəsmi səfərə gəlib.

Bu gün səhər saatlarında Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə də görüşüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər