Türkiyə Prezidenti: “Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir

Türkiyə Prezidenti: “Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir
19.06.2025 17:05
Aa
dəq

“Zəlzələnin ilk anından inamımızı heç itirmədik, bir gün belə ümidsizliyə qapılmadıq. Bu çətin dönəmdə ölkəmizin imdadına ilk qaçan can Azərbaycandır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib.

“Səninləyəm Türkiyəm” deyən, avtomobilinin damına yardımları yığan, acımızı paylaşan Azərbaycan xalqının dayanışmasını heç vaxt unuda bilmərik və unutmayacağıq. “Azərbaycan” məhəlləmiz bizim ən dəyərli layihələrimizdən biridir, qürur tablomuzdur. Bu məhəllə Azərbaycanın dəstəyilə yenidən dirçəlir”, - Türkiyə Prezidenti vurğulayıb.

Həftənin ən çox oxunanları