Əsas məzmuna keç

Türkiyə klubunun voleybolçusu evində ölü tapılıb

Türkiyə klubunun voleybolçusu evində ölü tapılıb

idmançı məşqə gəlmədiyindən "Nilufər Bələdiyəspor"un nümayəndələri onun evinə gedib. 28 yaşlı voleybolçunun cəsədini evində tapıblar. İlkin ehtimala...

Türkiyənin " Bələdiyəspor" klubunun puerto-rikolu voleybolçusu Lopes naməlum şəraitdə dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı məşqə gəlmədiyindən "Nilufər Bələdiyəspor"un nümayəndələri onun evinə gedib.

28 yaşlı voleybolçunun cəsədini evində tapıblar. İlkin ehtimala əsasən, yuxusuzluq problemi yaşadığı üçün idmançı yatmamışdan əvvəl dərman qəbul edib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Lopesin ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…