Türkiyə klubu Andrea Pirlo ilə yollarını ayırıb

Türkiyə klubu Andrea Pirlo ilə yollarını ayırıb
24.05.2023 15:46
Aa
dəq

Türkiyənin “Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo ilə yollarını ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.

Klub rəhbərliyi müqaviləni yeniləməyəcəkləri üçün 44 yaşlı məşhur mütəxəssisə gələcək planlarını qurması üçün icazə verib.

Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisində işləyir.

Həftənin ən çox oxunanları