Operativ Məlumat Mərkəzi

Türkiyə BRİKS-ə daxil olmaqla bağlı çətinlikləri proqnozlaşdırır

2 dəq
Paylaş:
Türkiyə BRİKS-ə daxil olmaqla bağlı çətinlikləri proqnozlaşdırır
bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu RİA Novosti-yə müsahibəsində bu məsələ ilə bağlı danışıb. O, hətta parlamentdə “bu...

Hökumətdə bu qədər qərbyönlü siyasətçinin olması ilə Türkiyə parlamentinin ölkənin BRİKS-də iştirakını təsdiqləməsi asan proses olmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu RİA Novosti-yə müsahibəsində bu məsələ ilə bağlı danışıb.

O, hətta parlamentdə “bu qədər qərbli”nin olduğu halda da Ankaranın BRİKS-ə qoşulmaq üçün müraciət etməsini çox mühüm fakt və “böyük siyasi cəsarət” adlandırıb.

“Ümid edirəm ki, BRİKS səhv etməyəcək və Türkiyənin namizədliyi üçün problem yaratmayacaq. Ancaq BRİKS-ə üzvlüyün Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsi asan olmayacaq”,- deyə o bildirib.

Topkurulu bildirib ki, bu mübarizənin nəticəsi həm Atlantik, həm də Asiya tərəfləri üçün çox mühüm nəticələr verəcək.

Siyasətçi Türkiyənin “BRİKS-ə üzvlük uğrunda mübarizəsini uğurla başa çatdıracağına” ümid etdiyini də bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər