Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi açır

2 dəq
Paylaş:
Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi açır

Ankara və Sofiya - sərhədində yeni keçid məntəqəsinin tikintisi ilə bağlı razılığa gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Türkiyənin naziri Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əlaqəlilik və məsələləri Türkiyə-Bolqarıstan əməkdaşlığının əsas istiqamətidir.

"Bu sahələrdə infrastruktur təkcə ölkələrimiz üçün deyil, həm də Orta Dəhliz, regionumuz və Avropanın təchizat zəncirləri üçün kritik əhəmiyyət daşıyır. Bununla əlaqədar Avropanın ən işlək sərhəd keçid məntəqəsi olan Kapıkulenin şimalında yeni sərhəd məntəqəsinin tikintisinə dair ortaq qətiyyətimizi təsdiqləmişik. Biz həmçinin sərhəd məntəqələrimizin buraxılış qabiliyyətinin artırılması, eləcə də regional əlaqəliliyin gücləndirilməsinə töhfə verəcək avtomobil və dəmir yolu nəqliyyatı sahəsində layihələrin həyata keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparmışıq", - Fidan bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax