Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

1 dəq
Paylaş:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Məlumatı Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsi rəsmi "X" hesabında yayımlayıb.

Paylaşımda qeyd olunub ki, Nikol söhbət əsnasında Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər həmçinin Türkiyə- münasibətlərinin normallaşması prosesi və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan normallaşma prosesinin birbaşa ticarətin başladılması istiqamətində atılan addımlarla davam etdiyini vurğulayıb. Eyni zamanda, Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirdiyi və bu məqsədlə atılacaq addımları dəstəklədiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax