Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub

1 dəq
Paylaş:
Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Nikol Paşinyanla telefonla danışıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin "X" hesabında paylaşılıb.

" Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə- ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub", - paylaşımda bildirilib.

Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini qeyd edib.

Həmçinin Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax