Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq və regional gündəmdəki məsələlərin müzakirə olunacağı gözlənilir.
Görüşdən sonra Hakan Fidan və Əsəd Həsən Şeybaninin yerli vaxtla saat 12:15-də birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.