Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyəli ekspert: “Kliçkonun tənqidləri Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilər”

2 dəq
Paylaş:
Türkiyəli ekspert: “Kliçkonun tənqidləri Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola bilər”

Türkiyəli xarici siyasət eksperti Kiyev meri Vitali Kliçkonun Prezidenti Volodimir Zelenskinin kadr siyasətini tənqid etməsinin siyasi nəticələr doğura biləcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.

Məlumata görə, İnanç Sancaq Kliçkonun çıxışlarının Zelenskiyə qarşı olan siyasi qüvvələrin birləşməsinə zəmin yarada biləcəyini iddia edib. Onun sözlərinə görə, müxalif qüvvələr vahid mövqe sərgiləyəcəyi təqdirdə, prezidentin hakimiyyətdən uzaqlaşdırılması istiqamətində addımlar atıla bilər.

Ekspert həmçinin vəzifəsində aparılan dəyişikliyin Zelenski üçün strateji səhv olduğunu və bu qərarın ölkə daxilində narazılığı artırdığını bildirib.

Qeyd edək ki, Kiyev meri daha əvvəl kadr dəyişikliklərini sərt tənqid edərək, bu qərarın Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bəyan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax