Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyənin milli döyüş təyyarəsi "KAAN" taksi testini uğurla başa vurdu

2 dəq
Paylaş:
Türkiyənin milli döyüş təyyarəsi "KAAN" taksi testini uğurla başa vurdu

Türkiyənin layihəsi "KAAN" ilə bağlı yeni məlumatlar açıqlanıb. Layihə çərçivəsində hazırlanan iki yeni prototip ilk dəfə ictimaiyyətə təqdim edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni platformalar ötən il sınaq uçuşu həyata keçirən ilk modeldən fərqli olaraq, bir sıra texniki yeniliklərlə olunub.

Məlumata görə, iki uğurlu uçuş həyata keçirən "KAAN-0" modelindən sonra hazırlanan "" prototipi yer sınaqlarını davam etdirir. Təyyarə artıq taksi testini uğurla tamamlayıb. 2023-cü il martın 17-də anqardan çıxarılan platforma türk mühəndisləri tərəfindən uçuşa hazırlanıb və yaxın dövrdə sınaq uçuşlarına başlayacaq.

Milli imkanlarla dizayn edilən "KAAN"ın texniki göstəriciləri də diqqət çəkir. Təyyarənin qanad genişliyi 14 metr, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Tək pilotlu kokpitə sahib olan döyüş təyyarəsi iki mühərrikli sistemi, yüksək manevr qabiliyyəti, radara görünməni azaltmağa imkan verən xüsusi gövdə quruluşu və daxili silah daşıma imkanları ilə fərqlənir.

Bildirilib ki, "KAAN" müasir elektron müharibə sistemləri ilə təchiz olunacaq və pilotsuz uçuş aparatları, eləcə də digər hava nəzarət platformaları ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə biləcək.

Təyyarənin və neyron şəbəkə dəstəyi ilə təchiz ediləcəyi, süpersonik sürətdə daxili silah yuvalarından dəqiq zərbələr endirmək imkanına malik olacağı qeyd olunur.

Qeyd edək ki, Prezidenti Rəcəb Tayyib Ərdoğan 1 may 2023-cü ildə milli döyüş təyyarəsinin gövdəsini imzalayaraq, layihəyə "KAAN" adının MHP lideri Dövlət Baxçalı tərəfindən verildiyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax