Əsas məzmuna keç

Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb

Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb

Türk Hava Yolları təyyarənin Seatle-İstanbul uçuşu zamanı kapitan pilot həyatını itirib. Məlumatı “TRT Haber” yayıb. Türk Hava Yollarının açıqlamasında...

Hava Yolları təyyarənin Seatle-İstanbul uçuşu zamanı pilot həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Türk Hava Yollarının açıqlamasında bildirilib ki, Seattle-İstanbul TK204 reysini həyata keçirən, qeydiyyatı TC-LGR olan "Airbus 350" tipli təyyarənin kapitan pilotu Rayonhin Pehlivan uçuş zamanı huşunu itirib.

Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili etmək qərarına gəlib, lakin kapitan təyyarə eniş etmədən vəfat edib.

Məlumata görə, uçuşdan öncə müayinəsi zamanı onda heç bir problem aşkarlanmayıb. Açıqlamada 59 yaşlı Rayonhin Pehlivanın 2024-cü il martın 8-də Mülki Aviasiya Baş İdarəsi tərəfindən icazə verilən Aviasiya Tibb Mərkəzində dövri sağlamlıq müayinəsindən keçdiyi və vəzifələrini yerinə yetirməkdə ona mane olacaq sağlamlıq probleminin aşkar edilmədiyi də vurğulanıb.

Açıqlamada təyyarənin Nyu-Yorka eniş qərarı verildiyi, sərnişinlərin Nyu-York stansiyası vasitəsilə evlərinə dönməsinin planlaşdırıldığı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…