Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
17.09.2024 19:35
Aa
dəq

Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.

Bəs bu əlifbadan harada istifadə olunacaq? Ümumilikdə, bütün türk dövlətlərinin əlifbası dəyişəcəkmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Nizami Cəfərovun sözlərinə görə, ortaq türk əlifbasının elmi müzakirələr səviyyəsində təsdiq olunmasından sonra ikinci mərhələ başlayacaq. 

“Türk dövlətlər təşkilatının katibliyi bunu müzakirə edib, yeni siyasi qərar qəbul edəcək. Siyasi qərar təbii ki, Türk dövlətlərinin başçıları və türk dövlətləri parlamentlərinin təsdiqinə veriləcək. İndidən görürük ki, Türk dövlətlərinin çox görkəmli mütəxəssislərinin bir yerdə müzakirə edərək təsdiq etdiyi bu əlifba çox böyük ruh yüksəkliyi və maraqla qarşılanıb. Çünki bu, Türk dünyasında gedən inteqrasiyanın göstəricisidir. Burada söhbət bütün türk dillərindən yox, ancaq müstəqil respublika olan türk xalqlarının dillərindən gedir. Onlar bir-birlərinin mətnlərini daha rahat oxuya biləcəklər. Məsələn, bu dillərdə “t” səsi varsa, həmin səs türk dövlətlərində eyni işarə ilə yazılacaq. Başqa bir misal da gətirim: “ş” və “ç” səsi bəzi türk dillərində ingilis dilində olduğu kimi “sh” və ya “ch” kimi yazılırdı, indi isə bu olmayacaq. Dövləti olan türk xalqlarının əlifbasında eyni səslərdən və hərflərdən istifadə olunacaq. Bu əlifba hər bir türk dilində istifadə olunacaq. Bəzən deyirlər ki, ortaq türk dili yarananda istifadə olunacaq, amma bu fikir düzgün deyil. Ortaq türk dili rəsmi olmasa da, ortaq ünsiyyət vasitəsi kimi Türkiyə türkcəsindən istifadə texnikası var”.

Ziyalılığımızın Nizami Cəfərov ünvanı

N.Cəfərov deyir ki, burada əsas məsələ ondan ibarətdir ki, 6 dil üçün təsdiq olunmuş əlifbadan istifadə edəcəyik. Məcbur deyil o türk dillərinin hamısı ortaq türk əlifbasında öz təsdiqini tapmış işarlərin hamısından istifadə eləsinlər. Hansı işarə onların dilinin səs sistemində müvafiq əksini tapacaqsa, ondan istifadə edəcəklər. Məsələn, “ə” hərfi ortaq əlifbada var, amma bu hərfdən azərbaycanlılar və müəyyən qədər qazaxlar istifadə edəcəklər. Onlar kiril əlifbasında da “ə” hərfindən istifadə edirlər. Latın əlifbasına keçdikləri zaman isə “a” üzərində 2 nöqtə ilə ifadə olunan hərfdən istifadə edəcəklər. Burada sual yaranır ki, bəs bu, prinsiplərə uyğundurmu? Hansı hərfdən istifadə olunması isə işin gedişatında bəlli olacaq və iki variantdan biri seçiləcək. Çox güman ki, “ə” hərfindən istifadə edəcəklər. Burada əsas məqsəd inteqrasiyadır, yazının eyniliyini qorumaqdır. Ayrı-ayrı türk dillərində də bu əlifbadan istifadə olunacaq. 

“Türk dövlətləri arasında rəsmi yazışmaların bu ortaq əlifbaya heç bir aidiyyəti yoxdur. Rəsmi yazışmalar ingiliscə də ola bilər. Çünki Türk Dünyası beynəlxalq aləm ilə bağlıdır. Hətta rəsmi yazışmalar hər bir türk dövlətlərinin öz dilində ola bilər. Məsələn, özbəklər rəsmi məktublarını Azərbaycana özbəkcə ünvanlaya bilərlər. Biz də bu məktuba rəsmi cavabı azərbaycanca yaza bilərik. Çünki bu sahədə tərcümə sistemi də yaxşı fəaliyyətə başlayıb. Bu əlifba konkret olaraq ona görə qəbul olunmur ki, türk dilləri bir-birləri ilə hansısa ortaq əlifbada yazsınlar. Biz bu əlifbanı hazırlayandan sonra ümumi qaydaları ifadə edən rəsmi sənəd qəbul etdik. Bu rəsmi sənədi biz bütün – 6 türk dilində qəbul etdik. Hətta qərara gəldik ki, əsas olaraq bu sənədin ingiliscəsi də götürülsün. Çünki o beynəlxalq dildir”. 

Dilçi alim qeyd edir ki, Mərkəzi Asiyadakı türk dövlətlərinin əlifbasının kiril əlifbasında olması məsələsinə gəldikdə isə yalnız 2 dövlətin əlifbası belədir. Onlar Qazaxıstan və Qırğızıstandır. Artıq neçə ildir ki, Qazaxıstan rəsmi dövlət səviyyəsində qərar qəbul edib ki, latın əlifbasına keçilsin. Hətta bununla bağlı layihələr də təqdim olunub. Qazax dilinin səs quruluşu və fonetikasənın problemi var. Uzun illər onlar kiril əlifbasından sui-istifadə ediblər. Vaxtı ilə biz də kiril əlifbasının bütün hərflərini qəbul etmişdik. “Ya yu ye tsı” bunlar zaman-zaman bizim dilimizin yazısından götürüldü. Amma Qazax dilində bunların böyük bir hissəsi qalıb və müəyyən anlaşılmazlıqlar yaradır. Bu əlifbanın yaradılması türk dövlətlərinin latın əlifbasına keçidini sürətləndirir. Bütün dünya görür ki, hər hansı bir ayrılıqdan söhbət getmir. Türklər bir yerə yığışıb dünyanı dağıtmaq istəmir:

Türk dünyasının ortaq əlifbası QƏBUL EDİLDİ - FOTO

“Qazaxlar görürlər ki, Latın əlifbası kiril əlifbası qədər rahat mənimsənilir və üstünlüyü odur ki, türk dünyası ilə birlik əmələ gətirir. Hətta daha mükəmməldir və dilin bütün xüsusiyyətlərini özündə əks etdirir. Kiril əlifbası Qazax dilini rus dili ilə eyni əlifbanı işlətmək onu rus dili ilə yaxınlaşdırır. Amma rus dilinə yaxınlaşması üçün genetik bir səbəb yoxdur. Onlar mənşəcə fərqli-fərqli dillərdilər. Qazax dilinin türk dillərindən ayrı düşməsi həmin dillərin inkişafına mənfi təsir göstərə bilər. Çünki öz mühitindən aralı düşür və yad mühitə düşür. Rusiyanın icazə verib-verməməsi məsələsinə gəldikdə isə bu demokratik hal olmadığına görə təbii ki, burada Rusiyanın təyziqi sona qədər gedə bilməz və sona qədər bu xalqların taleyini həlledici qüvvəyə çevirə bilməz”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır

Bölgədə yeni eskalasiya riski - Ermənistan Yaponiya və Cənubi Koreyadan silahlar alır
DAVAMIN OXU davamın oxu

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu