Operativ Məlumat Mərkəzi

Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb

1 dəq
Paylaş:
Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb
bu barədə SNN telekanalı məlumat yayıb. Qeyd edilib ki, səfir müalicə prosesini başa çatdırmaq üçün vətəninə aparılıb. Xatırladaq ki, sentyabrın 17 və...

Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın bu ölkədəki səfiri Moctəba Əmani vətəninə aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Qeyd edilib ki, səfir müalicə prosesini başa çatdırmaq üçün vətəninə aparılıb.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub.

Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə baş verən partlayışlar nəticəsində 30 nəfər ölüb, 450-dən çox insan yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər