Operativ Məlumat Mərkəzi

Antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur

1 dəq
Paylaş:
Antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur
şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına...

Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-da Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra ərazi separatçı terrorçulardan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər