Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA

Bu məhsulların qiyməti kəskin azaldı - AÇIQLAMA
13.09.2024 14:33
Aa
dəq

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif məhsulların qiymət artımı ilə bağlı bir çox fikirlər səslənir. Belə ki, Azərbaycanda 8 ayda illik inflyasiya 1,3 % olub. Gəlin artımlara, eləcə də azalmalara nəzər yetirək.

Avqustda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, azalma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyri-qida mallarından daha çox artım kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs bundan sonra bu cür məhsulların qiymətinin aşağı salınması istiqamətində hansı addımlar atıla bilər?

Elşad Məmmədov (professor) — Vikipediya

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-analitik Elşad Məmmədov deyir ki, qiymətlər artandan sonra qiymət artımını şərtləndirən amillər aradan qaldırıldıqda belə, qiymətləri təkrarən əvvəlki vəziyyətə qaytarmaq demək olar ki, mümkün olmur.

“Yəni, qiymətlərdəki artımın səbəbləri aradan qaldırılsa belə, qiymətlərin azaldılması əksər hallarda mümkün olmur. Çünki, ticarət sistemi artıq yeni qiymətlərə öyrəşir və o qiymətlər çərçivəsində ticarət sistemi öz fəaliyyətini davam etdirir. İqtisadiyyatın, ticarət sisteminin öz qaydaları var və həmin qaydalar çərçivəsində biz bunu artıq bazarlardakı qiymət göstəricilərində də müşahidə edə bilərik.

Ona görə də biz əksər hallarda qiymətlərdəki artımın şahidi oluruq, nəinki qiymətlərin azalmasının. O ki qaldı, istiqamətlər üzrə artım olmadan qiymətlərin azalmasına nail olmaq, bunun üçün müvafiq tənzimləyici mexanizmlər olmalıdır”.

Əhali ən çox hansı marketdən alış-veriş edir? – SİYAHI – ARAŞDIRMA - FED.az

İqtisadçı-ekspert qeyd edib ki, antiinhisar siyasəti, kredit resurslarına əlçatanlığın təminatı, investisiyaların artımı ilə bağlı qiymətlərin azaldılmasının əsas şərtləndirici amili daha çox istehsal etməkdir ki, bunun üçün də daha çox investisiyalar olmalıdır.

“Çünki istehsal çoxalanda, qiymətlər tədricən enməyə doğru getməlidir. Belə ki, daha çox məhsul və xidmətin bazara təklif olunması istər-istəməz qiymətlərin azalmasına təkan verməlidir. Ona görə də qiymətlərin azalması ilə bağlı trendlər, investisiyaların artımına söykənməlidir. Qiymətləri hansı istiqamətlər üzrə azaltmaq istəyiriksə, həmin istiqamətlər üzrə məhsul və xidmətlərin istehsal təklifini artırmaq zəruridir”, - deyə E.Məmmədov sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu