Operativ Məlumat Mərkəzi

Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır

1 dəq
Paylaş:
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır
bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-leytenant Osman Alp paylaşıb. Bildirilib ki, Türk...

Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-leytenant Osman Alp paylaşıb.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xəritəçəkmə qurumlarının rəhbərləri, hərbi attaşelərinin iştirakı ilə TDT-nin xəritəçəkmə qurumları rəhbərlərinin birinci toplantısı keçirilib.

Məlumata görə, üzv ölkələrlə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə), müşahidəçi dövlətlərin (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) nümayəndələri türk dünyasının ortaq xəritəsini hazırlamaq məqsədi ilə bir araya gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər