Operativ Məlumat Mərkəzi

“Turan Tovuz”un baş məşqçisi komandada yubiley oyununa çıxıb

1 dəq
Paylaş:
“Turan Tovuz”un baş məşqçisi komandada yubiley oyununa çıxıb
bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib. Kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub. Abbasov 2022-ci ilin yayından Tovuz klubunun...

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

"Turan Tovuz" bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər