Operativ Məlumat Mərkəzi

“Turan Tovuz” daha iki əcnəbi futbolçusu ilə yollarını ayırıb

1 dəq
Paylaş:
“Turan Tovuz” daha iki əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Turan Tovuz” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" əldə etdiyi məlumata görə, müdafiəçi Xulu Siyanda və hücumçu Runi Eva Premyer Liqa klubunu tərk ediblər.

Həm cənubi afrikalı müdafiəçi, həm də kamerunlu hücumçunun başa çatan müqaviləsi yenilənməyib. Eva 2022/2023 mövsümündə 16 qolla komandanın bombardiri olub.

Qeyd edək ki, “Turan Tovuz” buna qədər Ben Aziz Dao və Henri Okebuqvu ilə də vidalaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər