Operativ Məlumat Mərkəzi

Tufandağda köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO

1 dəq
Paylaş:
Tufandağda köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar...

Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan xarici ölkə vətəndaşı xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər