Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Kanada təyyarələri üçün ABŞ sertifikatını ləğv etdi

2 dəq
Paylaş:
Tramp Kanada təyyarələri üçün ABŞ sertifikatını ləğv etdi

ABŞ Prezidenti Kanadanın Amerika istehsalı olan təyyarələrə qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq kəskin qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, öz hesabında etdiyi paylaşımda Kanadanın "" 500, 600, 700 və 800 reaktiv təyyarələrini sertifikatlaşdırmaqdan imtina etdiyini bildirib.

Tramp qeyd edib ki, Kanadanın bu addımı ədalətsizdir və ABŞ-nin böyük şirkətlərindən biri olan "Gulfstream"in məhsullarının satışına mane olur. Buna görə də, o, aşağıdakı qərarları açıqlayıb:

  • "Gulfstream" tam sertifikat alana qədər "Bombardier Global Express" və Kanadada istehsal olunan bütün digər təyyarələr ABŞ-də sertifikatsız sayılacaq;
  • Əgər mövcud problem dərhal həll olunmasa, Kanadadan ABŞ-yə satılan bütün təyyarələrə 50 faiz tətbiq ediləcək.

Prezident vurğulayıb ki, "Gulfstream" təyyarələri hələ illər əvvəl sertifikatlaşdırılmalı idi və Kanadanın bu hərəkəti faktiki olaraq bazarın bloklanması deməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax