Operativ Məlumat Mərkəzi

Politico: Tramp Danimarkanı Qəzza üzrə Sülh Şurasına dəvət etməyib

1 dəq
Paylaş:
Politico: Tramp Danimarkanı Qəzza üzrə Sülh Şurasına dəvət etməyib

ABŞ Prezidenti Qəzza zolağının idarə edilməsi və yenidən qurulması məqsədilə təsis edilən Sülh Şurasına Danimarkanı dəvət etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” nəşri danimarkalı diplomata istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kopenhagenə bu quruma qoşulmaq üçün rəsmi müraciət daxil olmayıb.

Sülh Şurasının əsas vəzifələri aşağıdakılardan ibarət olacaq:

  • İsrail və HƏMAS hərəkatı arasındakı razılaşmalar çərçivəsində Qəzza zolağının idarəçiliyini təmin etmək;
  • Müharibədən sonrakı bərpa və proseslərinə rəhbərlik etmək;
  • Regionda uzunmüddətli sabitliyin qorunması üçün beynəlxalq mexanizm formalaşdırmaq.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ lideri yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində şuranın nizamnaməsini və səlahiyyət bölgüsünü rəsmən təsdiqləməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax