Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampdan İrana sərt xəbərdarlıq: "Nəticə çox travmatik olacaq"

2 dəq
Paylaş:
Trampdan İrana sərt xəbərdarlıq: "Nəticə çox travmatik olacaq"

ABŞ Prezidenti Ağ Evdə keçirdiyi konfransında İran ilə aparılan danışıqlar prosesinə dair mühüm açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, rəsmi Tehranla razılıq əldə olunmayacağı təqdirdə vəziyyətin daha da ağırlaşacağına işarə edib.

Tramp qeyd edib ki, tərəflər arasında mütləq saziş imzalanmalıdır: "Biz İran ilə razılığa gəlməliyik, əks halda bu, çox olacaq. Mən bunun baş verməsini istəmirəm, lakin onlarla bir anlaşma əldə etməyimiz şərtdir".

İsrailin Binyamin Netanyahu ilə məsələni bütün tərəfləri ilə müzakirə etdiyini deyən ABŞ lideri, son sözün özünə aid olduğunu vurğulayıb.

Mümkün sazişin ABŞ üçün ədalətli və qazanclı olmasının vacibliyini qeyd edən Tramp, əks ssenaridə tətbiq olunacaq planlardan danışıb:

"Razılaşma əldə olunmasa, "ikinci mərhələ"yə keçid ediləcək. Bu mərhələ İran üçün olduqca çətin və ağır keçəcək. Danışıqlar üçün konkret vaxt məhdudiyyəti yoxdur".

Sonda Donald Tramp dialoqun gələn ay da davam edə biləcəyini və prosesin tamamilə onun nəzarətində olduğunu bildirib.

Qeyd edək ki, gərginliyin artdığı bir vaxtda ABŞ bölgəyə təyyarədaşıyan gəmi qrupu göndərmək qərarına gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax