Əsas məzmuna keç

"Tramp sülhməramlı imicini gücləndirməyə çalışır"

"Tramp sülhməramlı imicini gücləndirməyə çalışır"

"ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həlli səyləri ilə sülhməramlı imicini gücləndirməyə çalışır". Bu sözləri Rusiya Beynəlxalq...

"ABŞ prezidenti münaqişənin səyləri ilə sülhməramlı imicini gücləndirməyə çalışır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Beynəlxalq Əlaqələr Şurasının (RIAC) proqram meneceri İvan Boçarov deyib.

"Dünya siyasətinin mərkəzində olan Fələstin-İsrail məsələsinin həlli ABŞ və onun administrasiyasının imicini gücləndirə bilər", - o bildirib.

Boçarov qeyd edib ki, Amerika liderinin Fələstin-İsrail münaqişəsi ilə bağlı əvvəllər təklif etdiyi “Əsrin müqaviləsi” fələstinlilərlə müzakirə olunmayıb və onlar tərəfindən rədd edilib.

Bundan əvvəl Tramp İsrail və Fələstin arasında tezliklə atəşkəs elan edib . Onun sözlərinə görə, İsrail rəhbərliyi Qəzza zolağındakı qoşunları orijinal xəttinə çəkməyə razılaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…