İran və ABŞ arasında strateji əhəmiyyətə malik Hörmüz boğazı üzərində nəzarət məsələsi ilə bağlı gərginlik davam edir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın boğaz üzərində “tam nəzarət” bəyanatını rədd edərək, su yolunun İranın nəzarətində olduğunu bildirib.
İran hərbi rəsmiləri vurğulayıblar ki, Vaşinqton müvəqqəti saziş üzrə öhdəliklərini yerinə yetirməyənə qədər boğazdan keçid İranın icazəsi və nəzarəti ilə həyata keçiriləcək.
Digər tərəfdən, ABŞ Vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində Vaşinqtonun İrana qarşı diplomatik, hərbi və iqtisadi təzyiq vasitələrindən istifadə etdiyini təsdiqləyib. O, bu addımların Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq və qlobal enerji bazarlarında sabitliyi qorumaq məqsədi daşıdığını bildirib.