Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəs və sülh danışıqları dərhal başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində Rusiya lideri Vladimir Putinlə telefon danışığının nəticələrini şərh edərkən bildirib.
"Bunun şərtləri iki tərəf arasında razılaşdırılacaq",- deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, Putinlə görüşü “çox yaxşı” keçib.