Əsas məzmuna keç

İsrail və Livan 10 günlük atəşkəs elan etdi

İsrail və Livan 10 günlük atəşkəs elan etdi

Donald Tramp Netanyahu və Jozef Aun ilə razılığa gəldi. Regionda müvəqqəti sakitlik bərpa olunur. Marko Rubio və Cey Di Vensin sülh missiyası haqqında ətraflı.

en ru

Prezidenti İsrail və Livanın bu gündən etibarən 10 günlük elan etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, o, ölkənin vitse-prezidenti Cey Di Vensə və Marko Rubioya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birgə davamlı sülhə nail olmaq üçün İsrail və Livanla işləməyi tapşırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…