Operativ Məlumat Mərkəzi

Tramp Putinin onunla görüşmək istədiyini bildirib

1 dəq
Paylaş:
Tramp Putinin onunla görüşmək istədiyini bildirib
bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib. Siyasətçi sözügedən görüşün nə vaxt...

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib.

Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.

“O, görüşmək istəyir və biz bunu təşkil edirik”, – Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib. Siyasətçi həmçinin görüşün harada keçiriləcəyini və prezidentlərə Çin sədri Si Cinpinin qoşula biləcəyinə aydınlıq gətirməyib.

“Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər gözləyərdim”, – o vurğulayıb və Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmalı olduğunu əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər