Əsas məzmuna keç

Tramp Putinin onunla görüşmək istədiyini bildirib

Tramp Putinin onunla görüşmək istədiyini bildirib

bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib. Siyasətçi sözügedən görüşün nə vaxt...

ABŞ-nin prezidenti Tramp Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib.

Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.

“O, görüşmək istəyir və biz bunu təşkil edirik”, – Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib. Siyasətçi həmçinin görüşün harada keçiriləcəyini və prezidentlərə Çin sədri Si Cinpinin qoşula biləcəyinə aydınlıq gətirməyib.

“Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər gözləyərdim”, – o vurğulayıb və Rusiya ilə arasında müharibənin başa çatdırılmalı olduğunu əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…