Operativ Məlumat Mərkəzi

Tramp Makronun Rusiya ilə bağlı sammit təklifini rədd etdi

1 dəq
Paylaş:
Tramp Makronun Rusiya ilə bağlı sammit təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Rusiya və Ukraynanın iştirakı ilə keçirilməsi planlaşdırılan növbədənkənar G7 sammitində iştirakdan imtina edib.

ABŞ Prezidenti Fransa lideri Makronun Rusiya və Ukraynanın da dəvət olunacağı "Böyük Yeddilik" (G7) sammitində iştirak etməyəcəyini bildirib. Bu barədə CNN telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Ağ Evin rəsmi nümayəndəsi qeyd edib ki, hazırda prezidentin Parisə səfəri planlaşdırılmır. Qeyd edək ki, daha əvvəl Donald Tramp Makronla olan yazışmalarını ictimaiyyətə təqdim etmişdi. Həmin yazışmalarda Fransa prezidenti Parisdə G7 ölkələrinin xüsusi görüşünü təşkil etməyi və bura aşağıdakı tərəfləri dəvət etməyi təklif edib:

Məsələ ilə bağlı Rusiya tərəfi də münasibət bildirib. Kremlin katibi Dmitri Peskov bəyan edib ki, Moskva hələlik belə bir sammit üçün rəsmi dəvət almayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax