ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ağ Evin saytına istinadən xəbər verir.
Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.
Hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.