Donald Tramp Barak Obamanı təhqir edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp Obamanı demokrat rəqibi Kamala Harrisə dəstək aksiyası təşkil etdiyi üçün təhqir edib.
“Düşünürəm ki, o, əsl axmaqdır", - deyə Tramp bildirib.